Tribuna İnformasiya Agentliyi-Tia.az

  Flaş Xəbərlər
  • Bakıda yenə də intihar cəhdi: sərxoş kişi dama çıxdı və...  Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər kişinin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.   Nazirliyin saytı xəbər verir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, sərxoş vəziyyətində olan 1986-cı il təvəllüdlü şəxs üçmərtəbəli yataqxananın damına çıxaraq özünü aşağı atmaq istəyib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib.
  • Göyçayda qəza: 3 nəfər ağır yaralandı - FOTO  Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.   Hadisə bu gün axşam saat 16:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçayın Çayarxı kənd sakini, 1966-cı il təvəllüdlü İsgəndərov Nizami Səmid oğlunun idarə etdiyi 23-BD-588 dövlət nömrə nişanlı “ZİL” markalı yük maşını qarşı tərəfdən gələn Çayarxı sakini, 1995-ci il təvəllüdlü Mikayılov Murad Əsəd oğlunun idarə etdiyi 23-BX-353 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü və minik maşınının sərnişini - 1997-ci il təvəllüdlü Salmanov Asim Ağalar oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyəti orta-ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.(APA)
  • Müsabiqə qalibi olan orta məktəblərin hərəsinə 10 min manat ayrıldı  Prezident İlham Əliyev 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi”müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.   Tia.az-ın məlumatına görə, sərəncama əsasən, 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılır. Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəb Abşeron rayonu Masazır kənd 2 nömrəli tam orta məktəb Ağdaş şəhəri Müşfiq İsayev adına tam orta məktəb Ağstafa rayonu Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəb Ağstafa şəhəri 1 nömrəli tam orta məktəb Akademik Zərifə Əliyeva adına lisey Astara şəhəri 2 nömrəli tam orta məktəb Babək rayonu Babək qəsəbə tam orta məktəbi Bakı şəhəri 145 nömrəli tam orta məktəb Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey Bakı şəhəri 264 nömrəli tam orta məktəb Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi Bakı şəhəri 83 nömrəli məktəb-lisey Bakı şəhəri 98 nömrəli tam orta məktəb Bakı şəhəri Texniki-humanitar lisey Balakən rayonu Humanitar və texniki təmayüllü lisey Bərdə şəhəri 2 nömrəli tam orta məktəb Bərdə şəhəri 4 nömrəli tam orta məktəb Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəb Gədəbəy rayonu Slavyanka kənd 1 nömrəli tam orta məktəb Xızı şəhər tam orta məktəbi Xocavənd rayonu 2 nömrəli tam orta məktəb İsmayıllı rayonu İvanovka kənd tam orta məktəbi Kürdəmir şəhəri 3 nömrəli tam orta məktəb Quba rayonu Qaraçay kənd tam orta məktəbi Qusar şəhəri 2 nömrəli tam orta məktəb Lənkəran şəhəri 4 nömrəli məktəb-lisey Mingəçevir şəhəri 3 nömrəli tam orta məktəb Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey Naxçıvan şəhəri 9 nömrəli tam orta məktəb Neftçala şəhəri 4 nömrəli tam orta məktəb Oğuz şəhəri 3 nömrəli tam orta məktəb Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbi Saatlı rayonu Qaracalar kənd tam orta məktəbi Salyan şəhəri 4 nömrəli tam orta məktəb Siyəzən şəhəri 1 nömrəli tam orta məktəb Sumqayıt şəhəri “Təfəkkür” liseyi Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəb Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəb Şahbuz şəhəri 2 nömrəli tam orta məktəb Şəki şəhəri 18 nömrəli tam orta məktəb Şəki şəhəri 7 nömrəli tam orta məktəb Şəki şəhəri 8 nömrəli tam orta məktəb Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəb Şirvan şəhəri 16 nömrəli tam orta məktəb Şirvan şəhəri 21 nömrəli tam orta məktəb Yardımlı rayonu Çayüzü kənd tam orta məktəbi Yevlax şəhəri 5 nömrəli tam orta məktəb Zaqatala rayonu Humanitar fənlər gimnaziyası Zaqatala rayonu Texniki fənlər təmayüllü lisey
  • Ermənistanda dram draması: Parlament qapalı iclas keçirir  “Ermənistanın hakim Respublikaçılar Partiyası dramın dəyərdən düşməsi və qiymətlərin qalxmasını müzakirə eləmək üçün qeyri-hökumət qüvvələrinin parlamentin növbədənkənar iclasını çağırmaq təklifini qəbul edir, ancaq bir şərtlə ki, müzakirələr qapalı olacaq”.    Misavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin vitse-spikeri Eduard Şarmazanov açıqlama verib.  “Əgər bizim məqsədimiz məsələni həll eləməkdirsə, mən qapalı iclas təklif eləmişəm. Bu, işin xeyrinə olacaq. Videokameraların mövcudluğu effektivliyə kömək etməyəcək” – deyib Şarmazanov. Qeyri-hökumət qüvvələri isə təklifə qarşıdırlar. Məsələn, müxalifətçi deputat Nikol Paşinyan bildirib ki, əgər hakim partiya ajiotaj doğurmamaq üçün qapalı iclas keçirmək istəyirsə, qapalı iclasın özü elə ajiotaj doğuracaq.  75 deputatın dəstəkləməsindən sonra qapalı iclas artıq başlayıb.
  • Ərdoğan İrana gedəcək  Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan 2015-ci ilin ilk ayında İrana səfər edəcək.   İran mətbuatı xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, səfərdə məqsəd iki qonşu ölkə arasındakı əməkdaşlığı daha da genişləndirməkdir. M.C.Zərif qeyd edib ki, iki ölkə başçısı əsasən ticarət əlaqələrini genişləndirmək barədə müzakirə aparacaqlar.
   
Xəbər Lenti

17 dekabr 2014

Bütün xəbərlər


Çox Oxunanlar

Arxiv

Facebook

Tribuna İnformasiya Agentliyi

Son Xəbərlər

DAHA ÇOX
Tam versiya